Moldovada prezidentliyə yeganə namizəd seçkidən çəkilib

Moldova parlamentinin spikeri və prezident vəzifələrini müvəqqəti icra edən Marian Lupu yanvarın 15-də keçiriləcək prezident seçkilərindən çəkildiyini bildirib.

Lipu deyib ki, namizədliyi götürməsinə səbəb başqa alternativlərə şərait yaratmaq və ölkədəki bsiyasi böhrana son qoymaq niyyətidir.

Artıq iki ildir kki, Moldova parlamenti komunistlər və Qərb meylli qrupların rəqabəti üzündən prezidenti seçə bilmir. Dekabrın 16-dakı son səsvermə zamanı Lipu parlamentdə tələb olan 2/3 səs çoxluğunu yığa bilməyib.