Qırğızıstanda sərnişin təyyarəsi qəzaya uğrayıb

Qırğızıstanın Oş şəhərində hava limanına enməyə çalışan Tu-134 təyyarəsi qəzaya uğrayıb. 73 sərnişini olan təyyarədə qəza zamanı azı 7 nəfərin xəsarət aldığı bildirilir. Bir nəfərin vəziyyəti ağırdır.

Bişkek-Oş reysiylə uçan təyyarənin qəzaya uğramasına dumanlı hava şəraiti səbəb olub.