-
«Bakı Ağ Şəhərin təməl daşı prezidet İlham Əliyev tərəfindən qoyulub. Bakı, 24 dekabr, 2011». Bu məlumat lövhəsi Nobel prospektində böyük bir daşın qarşısında qoyulub. Həmin daş Ağ Şəhərin təməli hesab olunur.
Nobel prospektində əvvəllər neft çənləri və zavodlar yerləşən ərazi isə hasara alınıb. Dörd tərəfdən hasara alınmış ərazidə ağır texnika ilə gərgin iş gedir.
Hasarların yanında üzərində «Ağ şəhər» sözləri yazılmış geyimdə olan bir neçə nəfərlə qarşıda yeni tikilən binanın əməkdaşları söhbət edirlər:
- Haradasa bir aya kimi başlayırıq. Hasardan 45 metr bu tərəfə dəhliz yolu çəkiləcək.
- Onda belə çıxır ki, bu binalar da söküləcək?!
- Hə... Söküləcək...
Ağ şəhərin əməkdaşı əli ilə «Amay» Ticarət Mərkəzi tərəfi işarə edir. Orada bir neçə yeni tikilmiş hündür mərtəbəli binalar da yerləşir.
Həmin şəxs bizim kameraya danışmaqdan imtina edərək hasarın o tayına keçib işçilərinə göstəriş verməyə başladı.
Yolun bir tərəfində Ağ Şəhərin salınacağı ərazidə ağır texnika, digər tərəfdə isə Gilan Holdingə aid ağır maşınlar işləyirdi. Yaxınlıqdakılardan öyrənirik ki, burada Boks Federasiyasına aid bina tikilir.
ƏRZURUM NECƏ OLACAQ?
Hasarın digər tərəfində isə «Ərzurum» adlanan yaşayış massivi yerləşir. Üzü yuxarı dağılmış və çala-çuxur yollarla evlərə yaxınlaşırıq. Buranın sakinləri deyirlər ki, neçə illərdir burada qonaq kimi yaşayırlar:
- 8 ildir bizim ailə bura köçüb. Elə o vaxtdan eşidirik ki, buraları bu-gün sabah sökəcəklər».
- Bizə heç kim, heç nə demir. Bilmirik nə olacaq.
- İşıq, qaz, su problemimiz var. Müraciət edəndə deyirlər ki, bu ərazilər söküləcək deyə yeni xətlər çəkilmir.
«QALMIŞIQ NARAHAT...»
Sakinlər deyirlər ki, əvvəl bu əraziyə ayrıca avtobus da işləyirmiş, xeyli vaxtdır o da bağlanıb. Sakinlər Nobel prospektindən buraya piyada gəlirlər.
Sakin Sevda Muradova:
- Mən qız köçürəsi, oğul evləndirəsiyəm. Çox narahatlıq keçiririk. Pis də olsa, min bir əzab-əziyyətlə ev qurmuşuq. İndi çox narahatıq. Bilmirik necə olacaq.
Başqa bir sakin:
- Bizə elə deyirlər ki, söküləcək. Nə vaxt söküləcək? Bizə pul verəcəklər, ev verəcəklər? Heç nə bilmirik. Qalmışıq beləcə, narahatlıq içində.
İqtisadçı ekspert Natiq Cəfərli «Ağ şəhər»i biznes layihəsi kimi qiymətləndirir:
- Həm təqdimatdan, həm də verilən rəsmi informasiyalardan görünür ki, bu, daha çox biznes mərkəzi olacaq. İnfrastrukturu hökumət vəsaiti ilə qurulacaq, əsasən investisiyalar xüsusi mülkiyyət hesabına olacaq.
Amma Azərbaycan reallığında xüsusi investisiya adı altında çox zaman Azərbaycandan xaricə çıxarılan çirkli pulların «Offshore» zonalarda yuyularaq yenidən ölkəyə daxil olmasının şahidi olmuşuq. Çox güman ki, bu layihədə də həmin sxemin, həmin mexanizmə şahid olacayıq.
DÜNYADA BÖHRAN, AZƏRBAYCANDA....
Bakı buxtasında 221 hektar sahəni əhatə edən bu ərazi vaxtilə «Qara şəhər» kimi tanınıb və ekoloji baxımdan tam yararsız vəziyyətdə idi. Layihə prezidentin xüsusi Fərmanı ilə təsdiqlənib.
Baş məsləhətçisi Böyük Britaniyanın beynəlxalq layihələndirmə şirkətidir. Onun hazırlanmasında yerli mütəxəssislər də iştirak edib.