«Hyatt Regency» oteli son anda Ziyalılar Forumunun növbəti toplantısının keçirilməsinə yer verməkdən imtina edib. Oteldən bunu texniki problem yaranması ilə əsaslandırıblar.
Forumun üzvü, politoloq Eldar Namazov isə AzadlıqRadiosuna deyib ki, otelin səsləndirdiyi arqument inandırıcı deyil:
«Biz bir neçə dəfə belə hallarla rastlaşmışıq. Üstəlik, hakimiyyət nümayəndələri Ziyalılar Forumunda olanlar barədə çox aqressiv bəyanatlar səsləndirirdilər. Sözsüz ki, bu, Ziyalılar Forumunu susdurmağa, onun fəaliyyətinə mane olmağa bir cəhddir. Biz belə hərəkətləri qətiyyətlə pisləyirik. Bu təzyiqlərlə, qeyri-qanuni hərəkətlərlə ziyalıları nə susdurmaq, nə də qorxutmaq olar. Ziyalılar Forumu öz tədbirini mütləq keçirəcək. Onun vaxtı və yeri haqqında yaxın zamanlarda mətbuata məlumat veriləcək. Ziyalılar Forumu artıq bu hadisəni pisləyən bəyanat da qəbil edib».
Eldar Namazov deyir ki, toplantının keçirilməsi üçün otellə rəsmi müqavilə imzalanıb, pul ödənilib.