Dekabrın 31-də Bakıda iki səfirlik qarşısında aksiya keçirilib

Sizin brauzer HTML5-i dəstəkləmir

Aksiyalardan birini İran səfirliyi, digəri isə Fransa səfirliyi qarşısında baş tutub

Aksiyalardan biri İran, digəri isə Fransa səfirliyi qarşısında baş tutub. İran səfirliyi qarşısında aksiya keçirən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) üzvləri İranda azərbaycanlıların ana dilində təhsil alma hüquqlarının pozulmasına və onlara qarşı sərt cəza verilməsinə etiraz ediblər.
Fransa səfirliyi qarşısnda aksiya keçirən Gəncliyin Elmi Mədəni İctimai Təşkilatının üzvləri isə əvvəlcə Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı Fəvvarələr meydanında adamlara Azərbaycan bayraqları paylayıblar.
Təşkilat üzvləri həmrəyliklə bağlı tədbiri Fransa səfirliyi qarşısnda aksiya keçirməklə başa çatdırıblər.
Fransa və Ermənistan prezidentlərinin fotolarını yandıran aksiyaçılar Fransa Milli Assambleyasının «erməni soyqırımı»nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun qəbul etməsinə etiraz ediblər.
Polis aksiyaya müdaxilə etməyib.