Karzai Fransanın müdafiə nazirini qəbul edib

Əfqanıstan prezidenti Hamid Karzai ölkəsinə köməyə görə Fransa hökumətinə minnətdarlığını bildirib.

O bunu şənbə günü Kabildə Fransanın müdafiə naziri Gerard Longuetlə görüşdə edib.

Longuet isə Əfqanıstan ordusunun ölkəyə nəzarəti üzərinə götürməsində irəliləyiş olduğunu deyib.

Hazırda Əfqanıstanda 3600 Fransa əsgəri var.