ATƏT-in yeni sədri Qarabağ münaqişəsinin həllində dəstək verəcək

ATƏT-in bayrağı

İrlandiya ATƏT-in yeni sədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Minsk Qrupuna dəstək verəcək.

ATƏT-in fəaliyyətdə olan yeni sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor belə bəyan edib.

İrlandiya ATƏT-in yeni sədridir. Gilmor Bu münasibətlə çıxış edib. O deyib ki, İrlandiyanın prioritetlərindən biri uzun zamandır həll edilməmiş münaqişələr olacaq:

«Mən xüsusən Dnestryanı münaqişəsinin həlli yönündə «5+2» formatında təmasların bərpası münasibətilə ATƏT-in əvvəlki sədri Litvanı təbrik etmək istərdim. İrlandiya bundan bir fürsət kimi yararlanaraq prosesləri, o cümlədən Dağlıq Qarabağ üzrə Minsk Qrupu prosesinə və Gürcüstanda 2008-ci ilin avqustunda baş vermiş münaqişəyə dair Cenevrə müzakirələrinə dəstək verəcək».

ATƏT sədri həmçinin deyib ki, internet azadlığı və quruma üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi də prioritetdir. (APA)