Mubarak məhkəməyə xərəkdə gətirilib

Misirin devrilmiş prezidenti Hosni Mubarak məhkəməyə xərəkdə gətirilib.
Bu gün onun məhkəməsi davam edib.

83 yaşlı Mubarakin fevralda etirazçıların güllələnməsinə əmr verdiyi sübut olunsa, onu edam gözləyir.

Məhkəmə iclasları arası onu hərbi xəstəxanada müalicə edirlər.

Mübarakin ürəyində problemlər var.

Məhkəmə avqustun 3-də başlanıb.