İranın milli pulu rial 13 faiz düşüb

İranın milli pulu olan rial son 3 gündə dollara nisbətdə birdən-birə 13 faiz düşüb.

Günün sonunda Tehranda 1 ABŞ dolları 17800 riala qalxıb.

Şənbə günü Amerika prezidenti Barak Obamanın imzaladığı yeni sanksiyalar İranın maliyyə sektorunu və Mərkəzi Bankını hədəfə alır.

Obama yeni sanksiyalar sənədini imzalayanda 1 dollar 15500 rial idi.

Keçən il rial dollara nisbətən 66 faiz düşüb.

.