İraqa hərbi müdaxilədən sonra 162 min adam həlak olub

Iraq, 8 avqust 2011

ABŞ-ın 2003-cü ilin martında İraqa hərbi müdaxiləsindən indiyə kimi bu ölkədə 162 min nəfər həlak olub.

Onlardan 79%-i mülki şəxslərdir.

Bu rəqəmləri «Iraq Body Count» təşkilatı açıqlayıb.

2006-2007-ci illər ən qanlı illər olub. Bu illərin hər birində ölənlərin sayı 25 min nəfərdən çox olub. Bunda sonra ölüm faizi bir qədər azalıb. 2011-ci ildə İraqda 4063 nəfər həlak olub.

Bilavasitə ABŞ ordusu və müttəfiqlərinin fəaliyyətləri nəticəsində 14705 mülki şəxs həlak olub.

2003-cü ildən bəri Amerika ordusunun İraqdakı itkiləri isə 4484 nəfər təşkil edib. /apa/