Gənc oğlan özünü Paraşüt qülləsindən atmaq istəyib

Bakı. Dənizkənarı Milli Park

Yanvarın 4-də 28 yaşlı Zaqatala sakini Pərviz Mikayılov Paraşüt qülləsinə çıxaraq özünü atmaq istəyib. Qüllənin yarısına kimi qalxan oğlan qışqıraraq özünü öldürəcəyini bildirib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib.
Bulvara toplaşanlar intihara cəhd edən şəxsi fikrindən daşındırmaq üçün Bakı Biznes Mərkəzinin şüşələrinə üzərinə «Həyatı Sev!» sözləri yazılmış plakatlar yapışdırıblar.
Əraziyə çağırılan psixoloq Paraşüt qülləsinə qalxıb. Onun səylərindən sonra oğlan qüllədən enməyə razı olub. /apa/