Fransa senatında «soyqırım» məsələsilə bağlı səsvermə gözlənilir

Fransa senatı

Fransa hökuməti Osmanlı imperiyası dövründə ermənilərin «soyqırımı»na məruz qalmasını inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanunun qəbulunu tezləşdirmək fikrindədir.

Fransanın kütləvi informasiya vasitələrinin məlumatına görə, nazirlər artıq yanvarın sonunda məsələni Senatın müzakirəsinə çıxarmaq fikrindədirlər.

Fransa parlamentinin aşağı platası dekabrın 22-də belə bir qanun layihəsi qəbul edib.

Türkiyə hakimiyyəti buna cavab olaraq Fransadakı səfirini geri çağırıb, habelə Fransa ilə hərbi və digər sahələrdə əməkdaşlığı dayandırıb.

Prezident Administrasiyasının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov açıqlamasında bildirmişdi ki, Fransa parlamentinin qəbul etdiyi qanun layihəsi ədalətsiz bir qərardır və bu ölkənin demokratik imicinə ziyan vurur:
«Bu addım Azərbaycanla Fransa arasındakı münasibətlərə də təsir göstərə bilər».