Vaslav Havelin külü ailə sərdabəsində basdırılıb

Vaslav Havel

Keçmiş çex prezidenti, dissident yazar Vaslav Havelin külü Praqa qəbiristanlığındakı ailə sərdabəsində basdırılıb.

Bu barədə məlumat verən yazarın həyat yoldaşı Daqmar bildirib ki, külün olduğu urna yanvarın 4-də - onların nigahının 15-ci ildönümü günü torpağa tapşırılıb.

Havelin külü birinci həyat yoldaşı Olqanın (1996-cı ildə vəfat edib) qəbrinin yanında basdırlıb.

Havel ötən il dekabrın 18-də 75 yaşında vəfat etmişdi.

Havel Çexoslovakiyanın sosialist quruluşundan və sovet təsirindən qurtulmasında mühüm rol oynamışdı.