Sumqayıtda partlamamış döyüş sursatları aşkarlanıb

Bakı-Rostov yolunun 35-ci kilometrliyində, Sumqayıt Kimya Sənaye Parkının yaradılacağı ərazidə xeyli sayda partlamamış hərbi sursatın olduğu müəyyənləşib.

Tezalışan maddələr deposu yaxınlığında vaxtilə metal qəbulu məntəqələri yerləşib. Həmin əraziyə daşınmış metalların arasında xeyli sayda partlamamış döyüş sursatları olub. Sonradan məntəqələr ləğv edilərkən sursatların bir qisminin üzəri torpaqla örtülüb, bir qismi isə üstü açıq vəziyyətdə qalıb.

Azərbaycan prezidenti Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında 2011-ci il dekabrın 21-də fərman imzalayıb. /apa/