Kür üzərindəki körpü təmirə dayanır

Hacıqabul-Bəhramtəpə yolunun 8-ci kilometrliyindəki körpü təmir işləri ilə əlaqədar olaraq müvəqqəti bağlanır.

Təmir işləri 40 gün davam edəcək.

Nəqliyyat Nazirliyi sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edir.

Körpü yanvarın 6-sı saat 12:00-da bağlanacaq.

Bu körpü ötən əsrin 60-cı illərinin əvvəllərində istifadəyə verilib. Son vaxtlar avtomobillərin intensiv hərəkəti və iritonnajlı avtonəqliyyat vasitələrinin zərbələri körpünü qəzalı vəziyyətə salıb. /Trend/