İraqda törədilmiş yeni partlayışda azı 30 adam ölüb

İraqın cənubunda törədilmiş yeni partlayışda azı 30 nəfər ölüb, 70-ə yaxın adamsa yaralanıb.

İntiharçı özünü Nəsiriyyə şəhəri yaxınlığında Kərbalaya gedən şiə zəvvarları arasında partladıb.

Bundan az əvvəl isə Bağdadın şiə rayonlarında törədilmiş partlayışlarda azı 24 nəfər ölüb,
onlarla adam yaralanıb.