Prokuror Husni Mubaraka ölüm hökmü istəyib

Prokuror keçmiş Misir prezidenti Hosni Mubarak və keçmiş daxili işlər naziri Habib al Adliyə ölüm hökmü istəyib.

Onlar ötən ilin yanvar və fevralında yüzlərlə nümayişçinin qətlində ittiham olunurlar.

Mubarakın iki oğlu da ittiham olunanlar arasındadır.

Hakim növbəti iclası yanvarın 9-a təyin edib.