Obama müdafiə yeni strategiyasını açıqlayıb

ABŞ prezidenti Barack Obama Birləşmiş Ştatların yeni müdafiə strategiyasının layihəsini təqdim edib.

Yeni strategiyada əsasən ABŞ-ın asiya-sakitokean regionunda hərbi iştirakının gecləndirilməsi nəzərdə tutulur.

Barack Obama Pentaqonda keçirilmiş mətbuat konfransında bildirib ki, maliyyə ixtisarı bu sahəyə aid olmayacaq.

Barack Obama qeyd edib ki, ABŞ ordusunda yavaş-yavaş islahatlar gözlənilir.

Yeni doktarinada həmçinin quru qoşunlarının ixtisarı, terrorçuluğa qarşı mübarizə,ölkənin təhlükəsizliyinin müdafiəsi, habelə düşməndən gələn istənilən potensial təcavüzün qarşısının alınması nəzərdə tutulur.