William Hague Myanmada müxalifət lideri ilə görüşüb

Myanmada səfərdə olan Britaniyanın xarici işlər naziri William Hague bu gün müxalifət lideri Aung San Suu Kyi ilə görüşüb. Danışıqların əsas məqsədi Myanmadakı siyasi vəziyyət olub.

Həm Hague, həm də Suu Kyi qərara gəliblər ki, əgər hakimiyyət siyasi dustaqları azad edib demokratik parlament seçkiləri keçirərsə, Myanmaya olan beynəlxalq sanksiyalar götürülməlidir.