Sudan prezidenti Liviyaya gedib

Sudan prezidenti Omar al Bashir şənbə günü Liviyaya iki günlük səfərə gedib.

Bu keçmiş dikdator Qaddafinin devrilməsindən sonra onun bu ölkəyə ilk səfəridir.

BBC-nin məlumatına görə səfər zamanı onu xeyli sayda dövlət məmuru müşaiyət edir.

Omar al Bashiri Darfur regionunda soyqırım törətməkdə ittiham edən Beynəlxalq Cinayət
Məhkəməsi onun verilməsini tələb edir.