Nigeriya prezidenti əhalini sakitliyə çağırıb

Nigeriya prezidenti Qudlak Conatan (Goodluck Jonathan) xristianlara hücumlardan sonra ölkə sakinlərini sakitliyə çağırıb.

O dünən televiziya ilə xalqa müraciətində terrorçuluğa qarşı mübarizə aparacağını vəd edib.

Nigeriyanın şimal-şərqində xristian kilsələrinə edilmiş son hücumlarda azı 30 nəfər ölüb, yüzlərlə insan ev-eşiyini tərk etməli olub.

Bu hücumlara görə cavabdehliyi islamçı “ Boko Haram” qrupu üzərinə götürüb.