Məşhur Amerika yazıçısından yeni memuar gəldi

Paul Auster

"Bütün hallarda vaxt daralır. Bəlkə də indilik hekayələrini bir kənara qoyub həyatı dərk etməyə başladığın ilk gündən indiyəcən bu bədənin içində yaşamağın necə bir hiss olduğunu incləməyə çalışsan, daha yaxşı olar"

Çağdaş Amerika nəsrinin ən ünlü simalarından olan Paul Auster bunu "Winter journal" ("Qış gündəliyi") adlı yeni avtobioqrafik kitabında yazır.

Qarlı bir qış günündə pəncərədən baxarkən yaşadığı hisslər 64 yaşlı yazıçının qəlbində uşaqlıqda yaşamış olduğu eyni duyğuları oyadır...

Kitabın tezliklə çap olunacağı haqda məlumat ötən ilin dekabrında ingilisdilli mediada yayılmışdı. Amma maraqlıdır ki, kitab Amerikadan əvvəl Türkiyədə nəşr edilib ("Kış günlüğü").

Əgər 1982-ci ildə çap edilən "Yalqızlığın kəşfi" əsərində daha çox atasından bəhs edirsə, yeni kitabında yazıçı daha çox anası ilə bağlı xatirələrə dalır.

O, anasının boşanandan sonra dul qadıntək yaşadığı çətin günlərə qayıdır.

Austerin anasının həyatında sonralar daha bir sevgi olur, amma həmin münasibələr qısa müddət davam edir. Yazıçı həm də anasız qaldığı günlərin acılarını qələmə alıb.

Bundan başqa Auster Kolumbiya Universitetində oxuyarkən Vetnam müharibəsi əleyhinə etirazlarda iştirak etməsini, həyat yoldaşı, yazıçı Siri Husvedt və ovladının avtoqəzadan sonra ölümdən qayıtmasını xatırlayır, birinci arvadı Lydia Davis-lə yaşadığı günlərdən, ona aşiq olmasından, münasibətlərinin qırılmasından da yazır.

oxuzali.az

Auster ailəsi ilə birlikdə, 2007