Ərəb Dövlətləri Liqası Suriyadakı müşahidəçilərin işini müzakirə edir

Ərəb Dövlətləri Liqası ölkələrtinin xarici işlər nazirləri Qahirədə təşkilatın Suriyadakı müşahidəçilər qrupunun fəaliyyətini müzakirə edirlər.

Müşahidəçilər işə dekabrın 26-dan başlayıblar.

Amma ölkədə hələ də zorakılıq aksiyaları davam edir.

Təkcə şənbə günü Suriyada 27, bu gün isə 1 adam öldürülüb.

Suriya müxalifəti ərəb ölkələrindən olan müşahidəçiləri ölkədən çıxarmağa və vəziyyətə nəzarəti BMT-nin orqanlarına verməyə çağrğr.

Qətərin baş naziri Hamad ben Jasem al Tani görüşdən əvvəl bildirib ki, Suriya hakimiyyəti
Liqanın sülh planının şərtlərini yerinə yetirməyib,təhlükəsizlik qüvvələri şəhərlərdən çıxarılmayıb və ölkədə zorakılıqlar hələ də davam edir.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.

BMT bu müddət ərzində 5 mindən çox adamın öldürüldüyünü deyir.