Ilkin istintaqa görə, Moskvada restoranda partlayışın səbəbi qazdır

Moskva meri Sergei Sobyanin Moskvada restorandakı partlayışın səbəblərinin araşdırılmasına və yaralılara kömək göstərilməsinə göstəriş verib.

İlkin istintaq materiallarına görə, partlayış restoranın mətbəxində olub. Burda qaz balonu partlayıb.

Moskvanın cənub-qərbində yerləşən restoranda partlayışda restoranın iki işçisi ölüb, 32 adam yaralanıb.