Ötən il mina partlayışları nəticəsində 4 nəfər ölüb

2011-ci ildə ölkənin 11 rayonunda 12 sakin mina və partlamamış hərbi sursatlardan zərər çəkib.

Nəticədə 4 nəfər, o cümlədən 1-i uşaq olmaqla 2 mülki şəxs həlak olub. 3-ü mülki şəxs olmaqla 8 nəfər yaralanıb.

Bu barədə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin məlumatında deyilir.