Suriyada beynəlxalq müşahidəçilərə hücum olub

Ərəb Liqasının Suriyada monitorinq aparan 11 müşahidəçisinə hücum olub. Ərəb Liqası bildirib ki, müşahidəçilərin maşınlarına Latakia şəhərində hücum edilib və 11 nəfər yüngül xəsarət alıb. Liqa hücumu pisləyən bəyanat yayıb və bunda monitorinq qrupunun təhlükəsizliyinə təminat verən Suriya hökumətinin günahı adlandırıb.