Guantanamo həbsxanası 10 il əvvəl açılıb

10 il əvvəl Amerikanın Kubadakı Guantanamo hərbi bazasında həbsxana açılıb. Həbsxananın açılması göstərişini ABŞ hərbçilərinin Əfqanıstandakı hərbi əməliyyatlarından sonra prezident Jorc Bush vermişdi. Burda əsasən terrorçu təşkilatların üzvləri və terrorçularla əlaqədə ittiham olunanlar saxlanılır.

Hüquq müdafiəçiləri məhbusların saxlanma şəraiti, onların hüquqlarını pozulması ilə bağlı tənqidi fikirlər söyləyir.

Prezident Barack Obama həbsxananın 2010-cu ildə bağlanacağını bildirsə də indiyə qədər Guantanamo həbsxanasında 170-dən artıq məhbus saxlanılır.