Əfqanıstanda polis ğöbəsi partladılıb

Əfqanıstanın Qəndəhar şəhərindəki polis mıntəqəsində törədilmiş partlayışda 1 polis nəfəri yaralanıb, intiharçının özü isə ölüb.

Polis rəisi Abdul Razak intiharçının 14-15 yaşlı uşaq olduğunu deyir.

O binaya şikayət etmək bəhanəsilə girib.

Ötən həftə bir gün ərzində şəhərdə törədilmiş 3 partlayışda 13 adam ölüb.