Pakistanın müdafiə katibi işdən azad edilib

Pakistanın müdafiə katibi Naeem Khalid Lodhi işdən azad edilib.

Məlumatlara görə, o kpbud səhvə yol verdiyinə görə işdən kənarlaşdırılıb.

Pakistan hökumətində ordunu təmsil edən Naeem Khalid Lodhinin səlahiyyətləri müdafiə nazirinkindən çoxdur.

Son həftələr Pakistanda hakimiyyətlə hərbçilər arasında münaqişə yaranıb.