Ahmedinejad Kubaya gedib


İran prezidenti Mahmud Ahmedinejad Latın Amerikası ölkələrinə səfəri çərçivəsində Kubaya gedib.

İran Kubaya ticarət embarqosu qoyduğu üçün ABŞ-ı ittiham edir. Kuba isə İranın nüvə proqramını dəstəkləyir.

Kubadan əvvəl Ahmedinejad Venesuela və Nikaraquada olub. Onun Latın Amerikası ölkələrindəki son dayanacağı isə Ekvador olacaq.