«Bakı şəhər İcra Hakimiyyəti dövrü nəşrlərin - qəzetlərin satışı üçün maneələr yaradır».
Bunu Azərbaycan Mətbuat Şurasının hesabat konfransındakı çıxışında şura üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyib:
«Qəzet köşklərinin sayı azaldılır, insanların axınının gur olduğu yerlərdə qəzet satışına maneələr yaradılır. Hətta köşklər də bağlanılır».
B.Sadıqov qəzetlərdə reklam yerləşdirilməsi probleminin də çözülmədiyini diqqətə çatdırıb:
«Biz ötən il qəzetlərin reklam problemini həll edə bilməmişik. Bu məsələyə növbəti il diqqət yetirilməsini nəzərdə tutmuşuq». /apa/