Statkeviç ciddi rejimli həbsxanaya göndərildi

Belarusda prezidentliyə keçmiş namizəd, 6 il azadlıqdan məhrum edilmə cəzası ilə həbsdə olan Nikolay Statkeviçin qapalı məhkəməsi olub. Məhkəmənin qərarına görə, o 6 illik cəzasının 3 ilini ciddi həbsxana rejimində çəkəcək. Məhkəmə onu cəzaçəkmə müəssisəsinin rejim qaydalarını pozmaqda günahlandırıb.

Nikolay Statkeviç Belarusda keçirilmiş keçən ilki prezident seçkilərindən sonra Minskdə törədilmiş qarşıdurmaların təşkilatçılığında ittiham olunmuşdu.