Belçikalı nazir Avropanın 15 illik tənəızzülə doğru getdiyini deyir

Avropa Komissiyasının qərarıyla tətbiq edilən kəskin iqtisadi tədbirlər birlik ölkələrini 15 illik tənəzzülə aparacaq.

Bunu Belçikanın sənaye naziri Pol Magnet yerli mətbuata müsahibəsində deyib.

O etiraf edib ki, iqtisadi böhranla üzləşmiş avrozona ölkələrinin hökumətləri kəskin tədbirlər qəbul etməlidirlər.

Amma Avropa Mərkəzi və Avropa İnvestisiya bankı öz borcları ilə mübarizə aparan hökumətlərə yardım etməlidilər.

Dekabrda əlavə səlahiyyətlər almış Avropa Komissiyası həddən artıq büdcə kəsirinə yol verən hökumətləri sanksiyalarla hədələyir.

Komissiya bu həftə Belçikaya büdcə xərclərini 1 milyard ixtisar etməyi məsləhət görüb.