Əfqanıstanda rayon rəhbəri öldürülüb

Əfqanıstanın cənubunda törədilmiş partlayışda 3 nəfər ölüb, 13 polis isə yaralanıb.

İntiharçının minalanmış maşını partlatması nəticəsində Pancvay rayonun rəhbəri və onun 2 oğlu həlak olub.

Bu barədə jurnalistlərə yerli polis rəisi məlumat verib.