Saxta sənədlə 100 min manat kredit götürən dəstə tutulub

Foto: Arxiv

Bakı şəhər sakinləri Gülarə Bədirova, Xuraman Xudiyeva, Səyavuş Məmmədov, Ceyran Süleymanova və Xırdalan şəhər sakini Aybəniz Behbudova dövlət təşkilatlarının möhür-ştampları vurulmuş saxta arayışlar hazırlayaraq özəl banklara təqdim ediblər.

Daxili İşlər Nazirliyinin məlumatında belə deyilir.

Onların bu yolla 100 000 manatdan artıq kredit aldıqları bildirilir.

Araşdırma aparılır.