Nigeriyada müsəlman evləri yandırılıb

Nigeriyanın şimal-şərqində silahlı adamlar iki adam öldürüb, məscidi və evləri yandırıblar. Hücum ötən gecə müsəlmanların yaşadığı kənddə baş verib.

Son həftələr xristian məbədlərinə edilən hücumlar nəticəsində 30-dan artıq adam öldürülüb. Yüzlərlə adam isə evlərini tərk edib.