Baradei Misirdə keçiriləcək prezident seçkisində iştirak etməyəcək

Misirdəki demokratik hərəkatın liderlərindən biri, Nobel sülh mükafatçısı Mohamed el
Baradei ölkədə keçiriləcək prezident seçkisində iştirak etməyəcək.

O bunun səbəbinə aydınlıq gətirərkən bildirib ki, hazırda ölkəni idarə edən hərbi hakimiyyət əvvəlki rejimin siyasətini yeridir.

O qeyd edib ki, nəqədər ki, ölkədə demokratik sistem yoxdur prezidentlik uğrunda mübarizə aparmayacaq.

Bu il Misirdə prezident seçkisi keçirilməlidir.

Bu keçmiş prezident Hosni Mubarakın devrilməsindən sonra ilk prezident seçkisi olacaq.