Pakistanda şilərə edilmiş hücumda azı 18 adam ölüb

Pakistanda şiə müsəlmanlarına edilmiş hücumda 18 nəfər ölüb, azı 30 adamsa yaralanıb.

Pəncab əyalətinin Xanpur şəhərində keçirilən dini mərasimdə partlayış törədilib.

Pakistan əhalisinin təxminən 20 faizini təşkil edən şiələr tez-tez sünnilərin hücumuna məruz qalırlar.