Nazarbaevin partiyası seçkidə qalib gəlib

Qazaxıstanda bazar günü keçirilmiş parlament seçkilərində Nursultan Nazarbaevin Nur Otan partiyası 80 faizdən artıq seçicinin səsini yığıb.

Bu haqda bu gün səhər Qazaxıstanın Mərkəzi Seçki Komissiyası məlumat verib. Parlamentdə AK Zhol və Kommunist Xalq partiyaları da daxil olub. Bu partiyalar 7 faiz səs toplayıb.

Seçkidə ümumilikdə 7 partiya iştirak edib.

MDB ölkələrindən olan müşahidəçilər elə də ciddi pozuntulara yol verilmədiyini deyirlər. Müxalifətdə olan Sosial Demokrat Partiyası pozuntularla bağlı video görüntülər əldə etdiyini bildirir.