Arif Quliyevin oğlu vəfat edib

1978-ci il təvəllüdlü Fərid Quliyev yanvarın 16-sı axşam ağır vəziyyətdə xəstəxanadan evə gətirilib və bir qədər sonra keçinib.

Xalq artisti Arif Quliyev ANS-ə bildirib ki, oğlu uzun müddət vərəm xəstəliyindən əziyyət çəkib. Xəstəliyi ağır olduğundan onu xilas etmək mümkün olmayıb.

1 ildir ki, həbsdən çıxan Fərid Quliyev bu müddət ərzində dəfələrlə xəstəxanada və evdə müalicə olunub.

Fərid Quliyev uzun müddət məhkumluq həyatı yaşayıb.