Avropa Məhkəməsi Britaniyaya islam üləmasını ekstradisiya etməyi qadğan etdi

Avropa İnsan Haqları məhkəməsi Britaniyada yaşan islam üləmasının İordaniya ekstradisiyasını qadağan edib. Məhkəmə bildirib ki, İordaniyada Abu Qatada adıyla tanınan Omar Osmana qarşı terror ittihamları irəli sürülə və işgəncə verilə bilər deyə, onu deportasiya etmək olmaz.

Fələstin-İordaniya mənşəli Abu Qatada 1993-cü ildən Britaniyada yaşayır. Britaniya hökuməti onu terror təşkilatları üçün maliyyə toplamaqda ittiham edib, deportasiya etmək istəyirdi.