Şimali Kiprin ilk prezidentinin dəfninə minlərlə adam qatıldı

Şimali Kipr Türk Respublikasının qurucusu və ilk prezidenti Rauf Denktashın Lefkoşadakı bugünkü dəfn mərasimində minlərlə adam iştirak edib. Yanvarın 13-də, 87 yaşında vəfat edən Kipr türk liderinin dəfn mərasiminə Türkiyənin rəhbər şəxsləri, rəsmiləri və parlament nümayəndələri və bir sıra türk respublikalarından gələnlər qatılıb.

1983-cü ildə Rauf Denktash Şimali Kiprdə türk respublikasının qurulması və yunan millətçiləri ilə mübarizədə əsas rol oynayıb.

Şimali Kiprin müstəqilliyi hələ beynəlxalq aləmdə tanınmasa da, Cənubi Kipr 2004-cü ildən Avropa Birliyi üzvüdür.