Çılpaq şəkillərinə görə iranlı aktrisanı ölkəsinə buraxmırlar [Fotoqalereya]

Golshifteh Farahani

Parisdə yaşayan iranlı aktrisa Golshifteh Farahani Fransada çəkdirdiyi çılpaq şəkillərə görə ölkəsinə geri qayıda bilmir. Onun "Madame Le Figaro" jurnalı üçün çəkdirdiyi çılpaq fotoları həmçinin facebook səhifəsində yayılıb.

Keçən il Fransaya səfər edən Golshifteh Farahani bildirir ki, indi ona İranın Mədəniyyət və İslam Qaydaları Nazirliyindən deyiblər ki, artıq sənin aktrisa kimi xidmətlərinə İranın ehtiyacı yoxdur. Hara istəsən gedə bilərsən.

YouTube portalında yayılan başqa bir videoda isə Golshifteh Farahani bir neçə başqa sənət adamı ilə birlikdə sinəsi açıq şəkildə görünür.

Onun bu foto və videoları sosial şəbəkələrlə sürətlə İranada yayılıb. Buna görə İranda fərdin azadlığı, qadın hüquqları kimi mövzularda qəzəbli polemikalar aparılıb. Çünki İranda qadınların geyimlərinə qarşı olduqca sərt dini qaydalar tətbiq edilir.

Golshifteh Farahani özü də həmin açıq şəkillərini yanvarın 17-də özünün facebook səhifəsində yayıb. Həmin səhifəyə baş çəkənlərin çoxu onu müsəlman ölkələrinin çoxunda qadınlara qarşı tabunu sındıran qəhrəman kimi tərifləyirlər.

Bəziləri isə onu öz bədənini və ölkəsini satmaqda, İran qadınlarına yaraşmayan hərəkət etməkdə suçlu sayırlar.

Golshifteh Farahani şəkillərdə