Kabardin-Balkarda 8 körpənin ölümüylə bağlı cinayət işi açılıb

Kabardin-Balkarda respublika xəstəxanasında təzə doğulmuş körpələrin ölümüylə bağlı cinayət işi qaldırılıb.

İstintaqın gəldiyi nəticəyə görə, yanvarın 3-dən 11-dək Nalçikdəki uşaq klinikasında 8 körpə ölüb ki, onlardan 7-si süni nəfəs aparatına qoşulubmuş.

Versiyalara görə, yerli elektrik şirkətinin bu müddət rəzində elektrik enerjisini kəsməsi aparatların müəyyən vaxt işləməməsinə səbəb ola bilər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.