Deep Purple yeni albom hazırlayır

Vokalist Ian Gillanın Moskvada çıxışı 23 mart 2011

Məşhur Deep Purple rok qrupu yeni musiqi albomu hazırlayır. Bu barədə qrupun internet saytında qısa məlumat yerləşdirilib.

Qrupun sonuncu albomu -Rapture of the Deep- 2005-ci ildə satışa çıxmışdı. Deep Purple 2012-ci il bütünlüklə albomun üzərində işləmək fikirindədir.

Qrupun vokalisti Ian Gillan 2013-cü ildə yeni alboma həsr edilmiş dünya turuna çıxacaqlarını da açıqlayıb.

Deep Purple qrupu 1968-ci ildə Böyük Britaniyada yaradılıb.