PRAVLYAŞİ NƏDİR Kİ, ONA QONAQ GEDƏSƏN?

.
Günün gülməcəsi


PRAVLYAŞİ NƏDİR Kİ, ONA QONAQ GEDƏSƏN?

(Manaf Süleymanovun ruhuna sayğılarla)


Bir dəfə Ağa Musa Nağıyev milyonçu Montaşevlə söhbət edirmiş. Söhbət əsnasında Montaşev Ağa Musaya Paris səfərindən danışır və öyünüərək söyləyir:

- Parisdən yola düşməmiş Puankare mənim şərəfimə təntənəli rayt təşkil etmişişdi.

Ağa Musa soruşur:

- O Rayt Puankaranın neçə buruğu var? Gündə nə qədər neft çıxarır?

Montaşev gülüb deyir:

- Ağa Musa, rayt adam adı deyil, qonaqlıqdır, məclisdir. Puankare də neft çıxarmır. O Fransanın prezidentidir, upravlyayuşisidir.

Ağa Musa qayıdır ki:

- Ehh! Nə böyük matah imiş pravlyaşi…Mənim hər mədən başı bir pravlyaşim var. Gözləri də elə əlimdədir. Ömrümdə onlara qonaq getmərəm. Pravlyaşi nədir ki, ona qonaq da gedəsən?..