Avstraliya da İran neftinə embarqo qoyur

Avstraliya Avropa Birliyinin İrana tətbiq elədiyi neft embarqosuna qoşulur. Avstraliya Xarici İşlər naziri Kevin Rudd Londona səfərdən öncə bu qərarı açıqlayıb.

Avropa Birliyinin Brüsseldə yanvarın 23-də verdiyi qərara görə, embarqo bu gündən etibarən qüvvəyə minir və bütün yeni neft və neft məhsulları müqavilələrinə aid olacaq. Ancaq qüvvədə olan müqavilələr üçün iyulun 1-nə qədər vaxt verilir.