Gəncədəki hərbi hissədə bıcaqlanma olub

N saylı həmin hərbi hissədə təmir işləri görən çilingər iş yoldaşını bıçaqlayıb.

Məlumat Gəncə şəhər Baş Polis İdarəsindən verilib. Hadisə yanavrın 24-də baş verib. Həmin hərbi hissədə çilingər işləyən Gəncə şəhər sakini, Samir Novruzov münaqişə zəminində iş yoldaşı Teymur Qasımova bıçaqla xəsarət yetirib. Samir Novruzov polis tərəfindən saxlanıb. Teymur Qasımov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.