AŞPA komitəsində Azərbaycanda siyasi məhbus məsələsi müzakirə olunub

Foto arxiv

Cümə axşamı AŞPA-nın İnsan haqları və hüquqi məsələlər komitəsinin toplantısı keçirilib.

APA-nın məlumatına görə, iclasda Azərbaycanda siyasi məhbus məsələsi də müzakirə olunub.

Müzakirələrdə AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasser də iştirak edib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iclasdan sonra jurnalistlərə açıqlamasında müzakirələrin çox ciddi tərzdə keçdiyini bildirib.