NATO ilə Rusiya hələlik razılığa gələ bilməyiblər

Raket əleyhinə müdafiə sistemilə bağlı Rusiya ilə NATO arasında danışıqlar hələlik heç bir nəticə verməyib.

Bunu cümə axşamı NATO-nun baş katibi Anders Foght Rasmussen bildirib.

O qeyd edib ki, buna görə də hələlik bu ilin mayında Çikaqoda NATO-Rusiya sammitinin keçiriləcəyi aydın deyil.

Rusiya Avropada raket əleyhinə müdafiə sistemləri qurulmasının qəti əleyhinə çıxır.